PDF Oxu

Siyasət

  • 8

"Onlar sanki Ermənistanın mövqeyini müdafiə edirmiş kimi görünür"

"Onlar sanki Ermənistanın mövqeyini müdafiə edirmiş kimi görünür"

"Bu, onun əsl fəaliyyətinin iç üzünü göstərmiş olur. Hüquq müdafiəçisi sözün əsl mənasında insanların hüquqlarını bütün vəziyyətlərdə lazımınca müdafiə etməyi bacarmalıdır. Lakin çox zaman bu proses əksinə alınır. Belə ki, hüquq müdafiəçiləri bəzi hallarda özlərinə sərf edən, daha doğrusu siyasi motivlər üzrə qurulan məsələlərdə öz mövqelərini bildirməyə çalışırlar". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə hüquq müdafiəçisi Leyla Yunusun növbəti dəfə qondarma "siyasi məhbus" siyahısını ictimaiyyətə təqdim etməsi məsələsinə münasibətini bildirərkən deyib.Onun sözlərinə görə, hüquq müdafiəçilərinin yaydığı informasiyaları yoxladıqda orada çoxlu qüsurlar aşkarlamaq mümkündür: "Misal olaraq, həmin şəxslərin böyük siyahını necə tərtib etdiyi və nə qədər professional olduğu şübhə doğurur. Bir sıra məsələlər var ki, insan hüquq müdafiəçilərinin bir qismi tamamilə biganə, sanki Ermənistanın mövqeyini müdafiə edirmiş kimi görünür. Buna bariz nümunə kimi, cəbhə xəttində baş verənlərlə bağlı müxalif mövqeyindən çıxış edən hüquq müdafiəçisi mövcud məsələyə qətiyyən rəy bildirmirlər. Hətta müxalifət dairələrinin özləri də bu kimi məsələlərə mövqelərini bildirmirlər. Lakin unutmaq lazım deyil ki, Vətən hamınındır. Bu gün ümummilli məsələlərə hər kəsin aidiyyəti var. Ancaq görünən odur ki, bunu müxalif bölgədə olanlar unudur. Onlar sadəcə özlərinə sərf edən siyasi mövqedən çıxış edirlər".

sia.az

Digər xəbərlər