PDF Oxu

Siyasət

  • 6

Parlamentin növbəti iclasının vaxtı məlum olub

Parlamentin növbəti iclasının vaxtı məlum olub

Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib. Bu barədə SİA-ya açıqlama verən parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib ki, iclasın fevralın 14-də keçirilməsi nəzərdə tutulur.Onun sözlərinə görə, iclasın gündəliyinə 12 məsələ daxildir: "Bunlar "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq haqqında", "Torpaq bazarı haqqında" qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişiklərdir. iclasda həmçinin bir neçə ölkələrlə imzalanmış sazişlərin təsdiqlənməsi, o cümlədən "Beynəlxalq Üzüm və Şərab Təşkilatını təsis edən Sazişə qoşulması haqqında" qanun layihələri müzakirə olunacaq".

sia.az

Digər xəbərlər