PDF Oxu

Siyasət

  • 10

Elman Nəsirli: “Həmsədrlərin gəlişində 2 məsələ prioritet təşkil edib”

Elman Nəsirli: “Həmsədrlərin gəlişində 2 məsələ prioritet təşkil edib”

"Bu dəfə göründüyü kimi, həmsədrlər səfərlərinə Azərbaycandan başladılar". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan politoloq Elman Nəsirli bildirdi.Onun sözlərinə görə, həmsədrlərin Ermənistan prezidenti və xarici işlər naziri ilə görüşü gözlənilir: "Həmsədrlər səfərlərinə Azərbaycandan başlayıblar. Bir çox hallarda səfərlərin marşurutu fərqli olurdu. Görünür, həmsədrlər etiraf etməsələr də, atəşkəsin Ermənistan tərəfindən intensiv olaraq pozulmasının fərqindədirlər və buna görə də səfər marşurutunun ilk məntəqəsi olaraq Azərbaycanı seçməklə əslində yeni mürəkkəb şəraitdə informasiyanın birinci mənbəyi olaraq ölkəmizə istinad etdiklərini qabartmış olublar".Politoloqun fikrincə, vəziyyət kifayət qədər mürəkkəb olsa da, cəbhə bölgəsində ən azı fevral ayı ərzində - Soçi Olimpiadası dövründə hərbi əməliyyatların başlanması inandırıcı görünmür: "Müharibənin başlanması ilk öncə Rusiyanın maraqlarına ziddir. Çünki, Rusiya Ukraynadakı hadisələrin tam olaraq öz maraqları ziddinə inkişaf edecəyi təqdirdə Qərbi üçün "axilles dabanı" qismində Dağlıq Qarabağ münaqişəsini qızışdıra bilər. Onu da qeyd edək ki, mövcud reallıq Qərbin maraqlarına da ziddir. Yeni reallıqda "siyasi alver" mühiti formalaşmış olar".Elman Nəsirli hesab edir ki, həmsədrlərin gəlişində 2 məsələ prioritet təşkil edib: "Birincisi, atəşkəsi qoruyub saxlamaq, ikincisi, mövcud mürəkkəb şəraitdə hər iki ölkənin prezidentlərinin görüşünə nail olmaq. Həmin görüşün baş tutub-tutmaması ilə bağlı real mənzərəyə həmsədrlərin Ermənistana səfərindən sonra aydınlıq gələcək".

sia.az

Digər xəbərlər