PDF Oxu

Siyasət

  • 8

Siyavuş Novruzov: “YAP-dan heç kəs ora gedə bilməz”

Siyavuş Novruzov: “YAP-dan heç kəs ora gedə bilməz”

"Rəsul Quliyev hələ bir partiya qursun, ondan sonra YAP-dan kimlərinsə istefa verib ora gedəcəyi haqqında danışsın". SİA-nın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az–a açıqlamasında Rəsul Quliyevə bağlı olduğu deyilən Gələcək Azərbaycan Partiyasının (GAP) YAP-dan istefaların olacağı və bu partiyaya keçəcəkləri haqqında iddialarına münasibət bildirərkən deyib.S. Novruzov bildirib ki, bunlar tamamilə əsassız iddialardır. Onun sözlərinə görə, Rəsul Quliyev gündə bir partiya yaradır: "Gah bu partiyadan o partiyaya keçir, gah ondan o birinə. Heç bir partiyası da Azərbaycanda uğur qazana bilməyib. Əksinə, ya onun özünü sədrlikdən uzaqlaşdırıblar, ya da partiyanın özü dağılıb. Hələ bir partiya qursun, ondan sonra YAP-dan kimlərinsə istefa verib ora gedəcəyini haqqında danışsın".

YAP rəsmisi qeyd edib ki, onların partiyasından heç kəs istefa verməyəcək: "YAP-dan heç kəs ora gedə bilməz. Çünki perspektivi olan yerə gedərlər, perspektivi olmayan yerə heç kəs getməz. Onların da perspektivi bitib".

Qeyd edək ki, GAP-ın Təşkilat Komitəsinin sədri, R.Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu iddia edib ki, hakim Yeni Azərbaycan Partiyasından GAP-a keçənlərin sayı kifayət qədər olacaq. "Qarşıdakı aylarda şahidi olacaqsınız ki, YAP-dan sürətlə istefalar olacaq və istefa verənlər GAP-a gələcək" - deyə o bildirib.

sia.az

Digər xəbərlər