"Azərbaycanda bəzi KİV-lərinin, mətbuatının cəbhə xəttindəki mövqelərimizi qeyri-qanuni çəkərək və bunu saytlarda, televiziya ekranlarında yaymaları bizə heç də başucalığı gətirmir". Bunu SİA-ya millət vəkili Elton Məmmədov deyib.Parlament üzvünün sözlərinə görə, Azərbaycanın Ali Baş Komandı və kifayət qədər güclü ordusu var: "Qüdrətli Azərbaycanın qüdrətli mətbuatı, mediası olmalıdır. Təbii ki, bunu digər qonşu dövlətlər, düşmənlərimiz də görməli və nəticə çıxarmalıdır. Hesab edirəm ki, bizlərin hər biri Ali Baş Komandanın əmrini gözləməlidir. Baxmayaraq ki, 1994-cü ilin mayında Azərbaycanla Ermənistan arasında arasında atəşkəs elan olunub, lakin işğalçı ölkə tərəfindən bu, mütəmadi olaraq pozulub və pozulmaqda da davam edir.ATƏT-in Minsk qrupunun 22 illik fəaliyyətinə də toxunan millət vəkili qeyd edib ki, Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaranmış bir qurumdur: "Amma bütün bunlara baxmayaraq onların bu münaqişənin həlli istiqamətindəki səylərini uğurlu hesab etmək olmaz. Bu mənada düşünürəm ki, onların bu məsələyə ikili standartlardan yanaşması, mövqelərinin dəqiq olmaması və prinsipial mövqe nümayiş etdirməmələri Dağlıq Qarabağ münaqişəsnin həllində çətinliklərə, problemlərə yol açır. Bu mənada onların fəaliyyəti qeyri-kafidir".
sia.az