"Ənənəvi müxalifətin, eləcə də bu düşərgənin tələsinə düşmüş bəzi gənclərin heç zaman güclü bir qüvvəyə çevriləcəyi ağlabatan deyil". Bu fikirləri SİA-ya açıqlamasında Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov deyib.Vüqar Qədirov qeyd edib ki, Azərbaycan dövləti müstəqilliyini qazandıqdan sonra bu qüvvələrin xalqın başına açdığı oyunlar hər kəsin gözləri qarşısında olub: "Bu baxımdan, xalq onlara bu vaxta qədər bir dəfə də olsun nəinki etimad göstərib, heç bu haqda düşünməyiblər də"."Dəfələrlə müxtəlif qurumlar yaradıb onun ətrafında birləşmək arzularını belə şəxsi ambisiyaları və bir-birlərini həzm edə bilməməsi üzündən reallaşdıra bilməyiblər" - deyə qeyd edən İctimai Birlik sədri bildirdi ki, bunu görən heç bir sağlam düşüncəli gənc onların yaratdıqları hər hansı bir qurumda təbii ki, təmsil olunmaq istəməz: "Ola bilər ki, müxtəlif gəncləri Azərbaycanı istəməyən bəzi xarici qüvvələrin ayırdığı qrantlar hesabına özlərinə cəlb etsinlər, amma bu da müvəqqəti xarakter daşıyır. Azərbaycan dövlətinin gənclərə yönəlmiş bütün layihələri, Dövlət Proqramları və s. sağlam düşüncəli gənclərin gözləri qarşısındadır. Təbii ki, bunu görən, dərk edən, qiymətləndirmək bacarığı olan hər bir gəncin seçimi də sağlam düşüncəli olmalıdır. Bu da birmənalı olaraq belədir. Gənclik inkişaf deməkdir, yüksəliş deməkdir, gənclik arzuladıqlarını həyata keçirməkdə daim onun yanında olan milli və sürətli inkifa dayanan siyasətin yanında olmalıdır".
sia.az