PDF Oxu

Siyasət

  • 11

Çingiz Qənizadə: Həmsədrlər Dağlıq Qarabağ probleminin həll edilməsində maraqlı deyillər

Çingiz Qənizadə: Həmsədrlər Dağlıq Qarabağ probleminin həll edilməsində maraqlı deyillər

"ATƏT-in Minsk qrupunun fəaliyyəti birmənalı olaraq yarıtmazdır". Bu fikri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, cəbhədə yaranmış son vəziyyət silahlı qüvvələrimizin gücünü bir daha ermənilərə göstərdi. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistandan Azərbaycana səfər etməsi bizim üçün heç vaxt əhəmiyyət kəsb etməyib.

"Çünki bizim üçün ən əsas ATƏT-in beynəlxalq hüquq normaları çərçivəsində Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində fəaliyyətlərini qurmalarıdır. Bunu isə biz hələ görmürük. Onlar Dağlıq Qarabağ probleminin həll edilməsində ya maraqlı deyillər, ya da həll etmək istəmirlər"- deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər