PDF Oxu

Siyasət

  • 12

Faiq Fərmanov: İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsidir

Faiq Fərmanov: İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsidir

"İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsidir". Bu fikri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanov deyib.

F.Fərmanov bildirib ki, ETM kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin əlaqələndirilməsini, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən dövlət orqanıdır.

Ölkəmizdə İKT sahəsində ciddi uğurların əldə olunduğunu deyən F.Fərmanovun sözlərinə görə, Beynəlxalq Telekommunikasiya İttifaqının statistikasına əsasən, Azərbaycan son 10 ildə bu sahədə dünya üzrə dinamik inkişaf edən ilk on ölkə arasındadır. "Əldə olunan bütün uğurlar dövlətin bu sahəyə dəstəyinin əyani sübutudur"- deyə, o, qeyd edib.

yap.org.az

Digər xəbərlər