PDF Oxu

Siyasət

  • 9

Ziya Məmmədov: Yol-nəqliyyat kompleksi üzrə bu tədbirlərin yerinə yetirilməsinə müxtəlif mənbələrdən 8,2 milyard manat vəsait sərf olunmuşdur

Ziya Məmmədov: Yol-nəqliyyat kompleksi üzrə bu tədbirlərin yerinə yetirilməsinə müxtəlif mənbələrdən 8,2 milyard manat vəsait sərf olunmuşdur

"Azərbaycan Respublikası regionlarının inkişafı, ölkə əhalisinin sosial problemlərinin həlli, o cümlədən bölgələrdə nəqliyyat xidmətlərinə olan tələbatın ödənilməsi məqsədilə 2009-2013-cü illərə dair qəbul edilmiş Dövlət Proqramında Nəqliyyat Nazirliyinə həvalə olunmuş tədbirlərin icrası tərəfimizdən təmin edilmiş, bu istiqamətdə müvafiq işlər görülmüş, yerli və regional əhəmiyyətli layihələr həyata keçirilmişdir. Proqram çərçivəsində ölkənin avtomobil yollarında 3017 kilometr, o cümlədən 1103 kilometr respublika əhəmiyyətli və 1914 kilometr yerli əhəmiyyətli yol çəkilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. Bu yollarda 164 yeni körpü və yol ötürücüsü tikilmiş, 47 körpü isə əsaslı təmir olunmuşdur". Bu sözləri nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Z.Məmmədov bildirib ki, Abşeron iqtisadi rayonu üzrə 174 kilometr yol, 18 körpü, Gəncə-Qazax iqtisadi rayonu üzrə 626 kilometr yol, 21 körpü, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 206 kilometr yol, 34 körpü, Lənkəran iqtisadi rayonu üzrə 168 kilometr yol, 25 körpü, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 293 kilometr yol, 30 körpü, Aran iqtisadi rayonu üzrə 1068 kilometr yol, 26 körpü, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 96 kilometr yol, Dağlıq Şirvan iqtisadi rayonu üzrə isə 386 kilometr yol və 10 körpü tikilmiş və yenidən qurulmuşdur. Onun sözlərinə görə, proqramın magistral avtomobil yollarının yenidən qurulması bölməsi üzrə Bakı–Ələt-Gürcüstanla dövlət sərhədi, Bakı–Quba–Rusiya ilə dövlət sərhədi, Ələt–Astara–İranla dövlət sərhədi magistral avtomobil yollarında yenidənqurma işləri davam etdirilmiş, Bakı–Hacıqabul-118 kilometr, Yevlax–Gəncə-87 kilometr, Gəncə dövrələmə - 39 kilometr, Bakı–Gəndob-132 kilometr və Ələt–Kürsəngi-30 kilometr avtomobil yolları 4 zolaqlı - birinci texniki dərəcəyə, Bakı–Şamaxı-118 kilometr və Hacıqabul – Bəhramtəpə istiqamətində 50 kilometr avtomobil yolları isə ikinci texniki dərəcəyə uyğun çəkilmişdir. Beynəlxalq əhəmiyyətli magistral yolların qalan hissələrinin də 4 zolaqlı olmaqla yenidən qurulması işləri davam etdirilir.

"Ümumilikdə 2004-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilmiş iki Dövlət Proqramı və əlavə tədbirlər daxilində 8332 kilometr, o cümlədən 2622 kilometr respublika əhəmiyyətli, 5710 kilometr yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş və təmir olunmuş, ümumi uzunluğu 10087 metr təşkil edən 222 körpü və yol ötürücüsü tikilmiş, 85 körpü əsaslı təmir olunmuşdur. Bundan əlavə, 400 kilometrdən çox dəmir yolu əsaslı təmir olunmuş, regionlarda yeni 4 hava limanı tikilmiş, 2 liman tam yenidən qurularaq istismara verilmiş, yeni hava gəmiləri alınmışdır. Bu dövr ərzində 16 avtovağzal tikilmiş, 9 avtovağzal yenidən qurulmuş, iri və orta tutumlu 2760 yeni avtobus, 1800 taksi vətəndaşlarımızın istifadəsinə verilmişdir. Yol-nəqliyyat kompleksi üzrə bu tədbirlərin yerinə yetirilməsinə müxtəlif mənbələrdən 8,2 milyard manat vəsait sərf olunmuşdur"- deyə nəqliyyat naziri vurğulayıb.

yap.org.az

Digər xəbərlər