PDF Oxu

Siyasət

  • 11

Asiya İnkişaf Bankı Azərbaycana yol tikintisini maliyyələşdirmək məqsədi ilə ikinci kreditini ayıracaqdır

Asiya İnkişaf Bankı Azərbaycana yol tikintisini maliyyələşdirmək məqsədi ilə ikinci kreditini ayıracaqdır

Asiya İnkişaf Bankı (AİB) 2014-cü ildə Azərbaycanda yol tikintisini maliyyələşdirmək məqsədilə ikinci kredit paketini təqdim etmək niyyətindədir.

Sənəddə bu məqsədlə AİB-in 150 milyon dollar vəsait ayırmaq niyyətində olduğu bildirilmişdir. Halbuki əvvəllər həmin vəsaitin 120 milyon dollar məbləğində olacağı qeyd edilirdi. Yeni yol layihəsinin ümumi dəyəri 200 milyon dollar təşkil edir. Onun 50 milyonu Azərbaycanın layihədəki iştirak payıdır.

Avtomobil yolu tikintisi sahəsində ikinci paket 2012-ci ilin noyabrında 500 milyon dollar həcmində təsdiq olunmuşdur. Bu proqram uzunluğu 63 kilometr olan ikihissəli Masallı–Şorsulu, uzunluğu 32, 2 kilometr olan Masallı–Cəlilabad və 30 kilometrlik Cəlilabad–Şorsulu avtomobil magistralının inşasına sərf ediləcəkdir.

Layihənin ümumi dəyəri 625 milyon dollar təşkil edir.

yap.org.az

Digər xəbərlər