"Bir müddət öncə yəhudi vətəndaşların Azərbaycandan İsrailə gediş-gəlişi bir az çətinləşmişdi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Yevda Abramov İsrail-Azərbaycan münasibətlərinə münasibət bildirərkən danışıbOnun sözlərinə görə, çətinlik deyəndə bir insanın İsrailə getməsi üçün müəyyən prosedurlar həyata keçirilməli idi: "Bir insanın İsrailə getməsi üçün, İsrailin Daxili İşlər Nazirliyi, həmin adamın ölkəyə buraxılması haqqında səfirliyə xüsusi telefaks göndərməli olurdu. İndi isə diplomatik pasportlarla vizasız gediş-gəliş işi daha da asanlaşacaq. Hazırda diplomatik pasportları olanlar da, xüsusi pasportları olanlar da İsrailə rahatlıqla gedib-gələ biləcəklər"."Mən İsrail və Azərbaycanın dostluq münasibətlərinin yaranması və bu münasibətlərin qorunması üçün bütün imkanlarımdam istifadə edirəm" - deyə bildirən millət vəkili onu da qeyd etdi ki, bundan sonra da dövlətin inkişafı və tərəqqisi üçün əlindən gələni əsirgəməyəcək: "Çünki, mən Azərbaycanı bütün dünyaya tanıtmaq və vətənimə, dövlətimə xidmət etmək üçün çalışıram".
sia.az