PDF Oxu

Siyasət

  • 8

Asəf Hacıyev: “Rəsmi Bakı buna heç bir zaman getməyəcək”

Asəf Hacıyev: “Rəsmi Bakı buna heç bir zaman getməyəcək”

"Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən son görüşdən bu günə kimi regionda müxtəlif dəyişikliklər baş verib. Belə ki, 9 oktyabr 2013-cü il tarixində cənab İlham Əliyev xalqın dəstəyi ilə üçüncü müddətə Azərbaycanın Prezidenti seçilib. Ölkəmizin iqtisadiyyatı günü-gündən getikcə daha da inkişaf etməyə başlayıb". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev Azərbaycan və Ermənistan prezidentləri arasında fevral ayının sonlarında gözlənilən görüşə münasibət bildirərkən deyib.Parlament üzvünün sözlərinə görə, Azərbaycanın uğurları artdıqca əksinə işğalçı ölkədə bunların tam əksi baş verir: "Əgər qarşı tərəf Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirərsə, bu zaman hesab edirəm ki, danışıqlar prosesində hansısa irəliləyişlər ola bilər. Lakin işğalçı ölkə yenə də qeyri-konstruktiv mövqe nümayiş etdirərsə, danışıqlarda heç bir irəliləyiş olmayacaq. Məlumdur ki, son günlər cəbhə xəttində işğalçı ölkə tərəfindən təxribat xarakterli atışmalar davam edir. İşğalçı ölkənin məqsədi odur ki, nəyin bahasına olursa-olsun qeyri-konstruktivlik mövqe saxlanılmalıdır. Təbii ki, bu mümkün olan məsələ deyil. Rəsmi Bakı buna heç bir zaman getməyəcək. Hətta cənab Prezidnt İlham Əliyev də dəfələrlə bildirib ki, Azərbaycan torpaqları müzakirə obyekti ola bilməz. Düşünürəm ki, işğalçı ölkə ağlını başına yığarsa və Azərbaycanın işğal olunmuş torpaqlarından çəkilərsə uğurlu nəticələr əldə etmək mümkündür. Bu gün ölkəmiz istənilən zaman öz topaqlarını geri qaytara bilər".

sia.az

Digər xəbərlər