PDF Oxu

Siyasət

  • 13

Mirkazim Kazımov: “Dövlət məmurlarından ölkə başçısının birinci tələbi xalqa xidmət etməkdir”

Mirkazim Kazımov: “Dövlət məmurlarından ölkə başçısının birinci tələbi xalqa xidmət etməkdir”

"Ötən il keçirilən prezident seçkiləri bir daha sübut etdi ki, xalq İlham Əliyevin siyasi kursunu dəstəkləyir və Onu əvəzolunmaz Lider kimi görür". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov Prezident İlham Əliyevin fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda "Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər" fikrinə münasibət bildirərkən deyib.Millət vəkili qeyd edib ki, ölkə başçısının son 10 ildə ölkənin istər daxili, istərsə də xarici siyasətində gördüyü işlərin nəticəsidir ki, xalq Prezident İlham Əliyevə üçüncü dəfə səs verərək yekdilliklə özünün Prezidenti seçdi: "Ölkə başçısının da üzərinə götürdüyü öhdəliklərdən biri xalqa xidmət etməkdir. Məhz Cənab İlham Əliyev üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirir. Bu gün dövlət məmurlarından ölkə başçısının birinci tələbi xalqa xidmət etməkdir".Mirkazım Kazımov onu da vurğuladı ki, hər zaman olduğu kimi bu konfrans da Cənab İlham Əliyevin dəyərli fikirləri, qiymətli tövsiyələri ilə yadda qaldı: "Şübhəsiz ki, bizlər də fəaliyyətimiz istiqamətində Prezident İlham Əliyevin bu tapşırıqlarına riayət etməklə, Vətənimizin, dövlətimizin inkişafı və tərəqqisi istiqamətində əlimizdən gələni əsirgəməyəcəyik".

sia.az

Digər xəbərlər