PDF Oxu

Siyasət

  • 15

"Minsk qrupunun həmsədrinin Eldar Namazovla görüşməsi məntiqsiz bir addımdır"

"Minsk qrupunun həmsədrinin Eldar Namazovla görüşməsi məntiqsiz bir addımdır"

"ATƏT-in Minsk qrupunun fransalı həmsədri Jak Forun həm Azərbaycan, həm region, həm də dünya üçün çox ciddi bir əhəmiyyət kəs edən Qarabağ problemini heç kəsin tanımadığı, heç bir rəsmi qurumu təmsil etməyən Eldar Namazovla müzakirə etməsinin mənası yoxdur. Bu görüşün nə mənası var axı? Minsk qrupu niyə məsuliyyətini dərk edib işi ilə məşğul olmur?"."El" Hərəkatının sədri Eldar Namazovun ATƏT-in fransalı həmsədri Jak Forla görüşərək Qarabağ məsələsini müakirə etməsinə münasibət bildirən AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva bu fikirləri SİA-ya açıqlamasında bildirib.

Millət vəkili onu da əlavə edib ki, Minsk qrupunun uzun illərdir fəaliyyətdə olmasına baxmayaraq heç bir real iş görməyib: "Belə olan halda, Minsk qrupunun həmsədrinin Eldar Namazovla görüşməsi məntiqsiz bir addımdır. Həmsədr hansı əsasla heç bir qurumu təmsil etməyən, heç kəsin tanımadığı, hətta, müxalifətin özünün belə qəbul etmədiyi bir adamla dövlətimiz üçün ən vacib olan bir məsələni müzakirə edir? Minsk qrupu müxalifətə baş qoşmasın, gedib Qarabağla bağlı vasitəçiliyini etsin. Neçə illlərdir ki, ölkəmizə boş-boşuna gedib gəlirlər. Hesab edirəm ki, onlar Eldar Namazovla ona görə görüşüblər ki, öz siyahılarında yazsınlar ki, filankəslərlə görüşdük".

sia.az

Digər xəbərlər