Xalqın rifahı – hər hansı bir dövlətin zənginliyinin və inkişafının əksidir
Son illər, hətta bütöv onillik bir müddət ərzində sosial müdafiə sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində çox böyük işlər görülmüşdür və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli "Pensiya islahatı konsepsiyasının təsdiqi barədə" Sərəncamı bunun üçün ilk təkan olmuşdur. Məhz bu, artıq 2003-cü ildə Azərbaycan Respublikası dövlət sosial müdafiə fondunun, birləşmiş millətlər təşkilatı inkişaf proqramı ilə birgə layihənin yaradılması ilə nəticələndi. Bu layihə böyük işlər gördü və nəticədə biz bu gün həmin istiqamətdə böyük dəyişikliklər görürük. Qısaca onlardan ən vaciblərini misal göstərmək istərdik, əsasən də-fiziki və hüquqi şəxslərin şəxsləndirilmiş uçotunun yaradılması, dövlət sosial müdafiə fondu sisteminin tam avtomatlaşdırılması, şəxsləndirilmiş uçotun sosial-sığorta vəsiqəsinin istismara buraxılması, sosial kartların dövriyyəyə girməsi, bundan başqa bu gün internet vasitəsilə xidmət üçün dövlət sosial müdafiə fonduna müraciət etmək olar. Məhz bununla əlaqədar olaraq "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanı dərc edilmişdir ki, bu da bir çox dövlət quruluş və agentliklərinin şəffaf fəaliyyət göstərməsində artıq öz nəticələrini verir.
Bu fərmanın başlıca məqsədi dövlət müəssisələri qulluqçularının vətəndaşlarla görüşmə ehtimalını azaldır. Bu gələcəkdə ölkəmizdə korrupsiyanın səviyyəsini nəzərə çarpacaq dərəcədə aşağı salmağa kömək edəcəkdir. Uğurla yerinə yetirilmiş 10-illik layihə yeni axtarışlara və ölkə vətəndaşlarının rifahına təkan verir və dövlət tərəfindən qoyulmuş məqsədə çatmaq üçün yeni və produktiv üsullar yaradır. Son zamanlar Azərbaycanda xüsusi (könüllü) pensiya fondlarının yaradılmasının perspektivləri haqqında tez-tez söhbət açılır və əhalinin onun bəzi özəllikləri, yaranma məqsədlərini, habelə indiki tələblərə və həyat şərtlərinə nə dərəcədə cavab verəcəyini bilməsi yaxşı olardı. Birincisi bu dövlətin bilavasitə nəzarəti altında sosial təminatın qeyri ticarət təşkilati-hüquqi formadır. İkincisi, pensiyaların yığılması və verilməsi məqsədi ilə fəaliyyət göstərən xüsusi pensiya fondu, prinsip etibarilə gəlirsiz təşkilat statusu olan hüquqi şəxsdir. Buradaca oxucunu xüsusi pensiya fondunun üstünlükləri ilə tanış etmək istəyi meydana gəlir:
Gələcək pensiyanın həcminə təsir edə biləcək əlavə pensiya təminatı sxemləri təklif olunur;
Xüsusi pensiya fondlarına ödənilmiş əmanətlər gəlir aktivinə toplanır və kapital olaraq qoyulur, belə sistemdə pensiya həddinə çatdıqdan sonra, pensiya ödənməsi dövlət pensiya fondunun verə biləcəyindən kifayət qədər yuxarı olacaqdır;
Bütövlükdə dövlət tənzimləyici olaraq qalır;
İnformasiya şəffaflığı; vətəndaşlar hər zaman öz pensiya əmanətlərinin vəziyyəti barədə məlumata malik olacaqlar;
Pensiyanın yığım hissəsinin müdafiəsinin məcburi sistemi; yəni idarəetmə elə aparılır ki, kapitalqoyma riski maksimum aşağı salınsın;
Mühüm imtiyazlardan biri vergi imtiyazlarıdır, belə ki, dünya təcrübəsində pensiya ödəmələrinin məbləği fiziki və hüquqi şəxslərin vergi qoyma gəlirindən çıxarılır;
Çox vacib bir məsələ, xüsusi pensiya fondları ləğv edilə və bankrot edilə bilməz.
Beləliklə, bütün bu baxışlar Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənməlidir.
Təbii ki, bu növ tədbirlərin həyata keçirilməsi üçün xüsusi pensiya fondlarının təşkili üzrə beynəlxalq təcrübəni öyrənmək vacibdir. Bütün bunlar dövlətin icra və qanunvericilik səviyyəsində yerli şərtlərin nəzərə alınması ilə aparılır. Bu, sizin üçün kifayət qədər yeni sosial təminat sistemində yüksəkixtisaslı kadrların hazırlanması da çox vacib amillərdən biridir, belə ki, məsələ gündəlikdə duran vacib məsələdir.
Bu haqda xəbər verən amillərdən biri də odur ki, dövlət sosial müdafiə fondunun məlumatına görə tez bir zamanda, Azərbaycan Respublikasının Avropa Birliyi ilə, ölkədə xüsusi pensiya fondlarının təşkili və tətbiqi ilə bağlı birgə layihə gözlənilir. Şübhəsiz ki, bu Azərbaycan Respublikası sosial təminat sisteminin islahatında ilk təkan olacaq. Nəticədə bu əhalinin özünün də müstəsna rol oynadığı gələcəyinə yaxınlaşma və inama gətirib çıxaracaq. Lakin sosial sistemin gələcəkdə planlı şəkildə inkişafı üçün düzgün istiqamət vacib amillərdən biridir. Yeniliyin başlıca konsepsiyası hər zaman gələcəyə baxışı özündə əks etdirir və bu Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiqlənmiş inkişaf Konsepsiyaları "Azərbaycan-2020: gələcəyə baxış"–da əks olunur. Bu və ya digər tədbirin cəmiyyət tərəfindən necə qəbul edilməsi, nə dərəcədə effektiv olacağı, əhalinin sosial durumuna əks təsir göstərməyəcəyi göstərilir. Bu gün hər bir gənc gələcəkdə özünü sosial təminatlı və tamamən müdafiə olunmuş görməyi bacarmalıdır. Buna görə də ilk növbədə diqqət islahatların tətbiq edilməsinə yönəlməlidir. Yalnız eyni zamanda mövqenin möhkəmlənməsi və yaxşılaşması üçün pensiya yaşında olan insanların bütün ölçü və tələblərinə əməl edilməsi tələb olunur ki, bu zaman ilk növbədə sosial müdafiə vacibdir. Bu gün və başlıcası Azərbaycan Respublikası Prezidenti ilham Əliyev tərəfindən ölkənin sosial-iqtisadi inkişafının uğurlu davamı üçün əsası ümummilli lider Heydər Əliyev tərəfindən 2000-ci ilin əvvəllərində qoyulmuş, gözəl zəminlər vardır. Xüsusi pensiya fondlarının tənzimlənməsinin əsas prinsiplərinə nəzər salaq:
Xüsusi pensiya fondu nə ilə tənzimlənə bilər və onun konsepsiyaları hansılardır? Hər şeydən öncə bu:
Xüsusi pensiya fondlarının qanunvericiliklə tənzimlənməsinin vacibliyi;
Vətəndaşların xüsusi pensiya təminatı sistemində könüllü iştirakının mümkünlüyü və gələcəkdə ödəmə növünün seçilməsi;
İşəgötürənin pensiya ödəmələrinin həyata keçirilməsində öz işçilərinin xeyrinə iqtisadi maraqları;
Hüquq və imkanların bərabərliyi;
Fond vəsaitlərinin məqsədli və effektiv istifadəsi
Yığılmış vəsaitlər və xüsusi pensiya fondlarının aktivləri gələcəkdə əlavə gəlirin alınması məqsədilə onları savadlı şəkildə tənzimləyən və idarə edən şirkət tərəfindən həyata keçiriləcək. Həmin pensiya vəsaitləri məbləğinə kapital faizi əlavə edilir ki, bunun da ölçüsü şirkətin xüsusi pensiya fondu aktivlərinin idarə edilməsi üzrə maliyyə fəaliyyətinin nəticələrinə uyğun olaraq müəyyən edilir. Yeri gəlmişkən qeyd etdiyimiz kimi xüsusi pensiya fondunda iştirak könüllüdür, bu zaman fiziki şəxs eyni anda bir və ya bir neçə xüsusi pensiya fondunun iştirakçısı ola bilər.
Xüsusi pensiya fondunun iştirakçısı ölkə qanunvericiliyi ilə müəyyən edilən pensiya yaşına çatma ilə əlaqədar pensiya almaq hüququnu əldə edir. Habelə, fond iştirakçısının əlil olması faktı, və yaxud sağlamlığı ilə bağlı böhran yaşaması, və ya fond iştirakçısının daimi yaşayış üçün xarici ölkəyə getməsi zamanı pensiya ödənişi xüsusi pensiya fondlarından edilir. Qeyd etmək lazımdır ki, vətəndaş tərəfindən vəsaitlərin xüsusi pensiya fonduna yığılması onun mülkiyyətidir və irsən alınır. İndi isə bir neçə kəlimə kapitalın qorunması haqqında, belə ki, bu xüsusi pensiya fondu iştirakçısının marağı planında əsas məqamdır. Dövlət nəzarəti və dövlət nizamlayıcı orqanların tələbləri fondların işlərinin peşəkarlığı və mühafizəsinə zəmanət verir. Lakin bir sual yaranır, nə üçün bankda uzunmüddətli depozit yox, xüsusi pensiya fondu? Bu təbii olaraq məqaləmizi oxuyan hər kəsə maraqlı gələcək. Burada anındaca bir sıra fərq və oxşarlıqları göstərmək lazımdır: birinci ondan ibarətdir ki, bank xüsusi pensiya fondu kimi uzunmüddətli müdafiə zəmanətinə malik deyil. Yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq təcrübədə xüsusi pensiya fondu ləğv edilə və bankrot ola bilməz. İkinci – bütün banklar pensiya əmanətlərinin cəlb edilməsi və bununla yanaşı sizə bu vəsaitlərin varisliyinə zəmanət üzrə xidmətlər təklif etmir. Üçüncü – qanunvericilik çərçivəsində nəzərə alınan bəndlərə əsasən xüsusi pensiya fondlarında vəsaitlər inflyasiyaya məruz qalmaqdan qorunacaq. Dördüncü – banka qoyulan kapital sizi xüsusi pensiya fondunun yığım hesabına gedən məbləğə vergi ödənməsindən azad etmir. Lakin bir məsələ var ki, həmin faizli verginin çox və ya hər hansı uzunmüddətli bank depoziti ilə eyni səviyyədə olmasını düşünmək olmaz. Yuxarıda əsas fərqlər göstərilmişdir və bu məqaləni oxuyan hər bir kəs, əlbəttə ki, özü üçün doğru əmanət seçimi edə bilər. Lakin pensiya vəsaitlərinin uzunmüddətli tənzimlənməsi və müdafiəsi planında ilk baxışda ən effektiv metod olaraq xüsusi pensiya fondları görünür, bunun necə tənzimlənəcəyi isə yaxın gələcəyə aid bir məsələdir. Dünya təcrübəsini misal götürərək müşahidə edirik ki, pensiya islahatları apararkən bir sıra Avropa dövlətlərində hesabların şərti-yığma sisteminə keçidin vacibliyi məsələsi meydana çıxdı. Sonuncu, inkişaf etmiş dövlətlər üçün çox vacib olan, artıq qeyd edildiyi kimi rifah səviyyəsinin artması və vergi qoyma sistemi bəzən qanunvericiliklə təyin edilmiş müddətdən tez pensiyaya çıxmanı tənzimləyir. Xüsusi pensiya fondlarında yığılmış pulların aktuallığı bölüşdürücü sistemin əsasını təşkil edən yenidən bölünmə prinsipini əhəmiyyətli dərəcədə zəiflədir. Problem yaşlı əhali arasında yoxsulluğun qarşısının alınmasına istiqamətlənmiş pensiya sxemində xüsusi səviyyənin yaradılması ilə həll olunur. Belə sxem özündə üçüncü yolu əks etdirir və sosial müdafiə haqqında təsəvvürlərdə ciddi tərəqqini özündə birləşdirir. Baxmayaraq ki, yığım sxeminə keçid bir çox ölkələrdə islahatın məqsədi olmamışdır, bu gün yığım elementlərinin asta və tədrici həyata keçirilməsinə və təqaüdçülərin gəlirlərinin təmin edilməsində xüsusi pensiya fondlarının əhəmiyyətinin artmasına meyllilik müşahidə olunur.
Rüstəm Rüstəmov
Sosial-iqtisadiyyat üzrə ekspert
yap.org.az