PDF Oxu

Siyasət

  • 10

“Genefondumuzu qoruyaq” layihəsi başlayıb

“Genefondumuzu qoruyaq” layihəsi başlayıb

5-7 fevral tarixində 2 № li Bakı Tibb Kolleci Tələbə Gəclər Təşkilatının (BTK TGT) təşəbbüsü Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə "Genefondumuzu qoruyaq" layihəsi çərçivəsində təlimlər keçirilir. ATGTİ-nin mətbuat katibi Hüseyn İsmayılovun SİA-ya verdiyi məlumata görə,"Genefondumuzu qoruyaq" layihəsi tələbələrin tibbi biliklərinin artırılması, onların bu sahədə daha kompitent olması üçün nəzərdə tutulub.Nəzərinizə çatdırırıq ki, layihə çərçivəsində iştirakçılara insan orqanizminin genetikası, zədələnmiş genetik kodların orqanizmə mənfi təsiri, geni dəyişdirilmiş qidalar, sağlam qidalanmanın formaları mövzularında təlimlər keçiləcək.Layihədə ixtisasından asılı olmayaraq 50 orta və ali təhsil müəssisələrinin tələbələri iştirak edir.Qeyd edək ki, sonda iştirakçılara sertifikatlar veriləcək.

sia.az

Digər xəbərlər