Fevralın 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,46 dollar və ya 0,5% artaraq 1 barelə görə 97,84 dollar olub. SİA-nın xəbərinə görə, fevralın 6-da ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,94 dollar və ya 0,9% artaraq 107,19 dollar təşkil edib.
sia.az