Soçinin "Fişt" stadionunda bu gün XXII Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək.
Təntənəli mərasim Bakı vaxtilə 20.14-də başlayacaq.
Stadionun tribunalarında 40 min tamaşaçının olacağı gözlənilir, televiziya yayımını isə 3 mlrd-dan çox tamaşaçı izləyə biləcək.
Olimpiada fevralın 23-dək davam edəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında Soçiyə 60-dək dövlət rəhbərinin səfər edəcəyini, tək açılış mərasimində isə 44 dövlət başçısının iştirak edəcəyini bildirib.
yap.org.az