PDF Oxu

Siyasət

  • 11

İtaliyanın “Geopolitica” jurnalında Azərbaycanla bağlı müsahibəsi dərc edilib

İtaliyanın “Geopolitica” jurnalında Azərbaycanla bağlı müsahibəsi dərc edilib

İtaliyanın "Geopolitica" jurnalında bu ölkənin Bakıdakı səfirliyinin müşaviri Giulia Gullottinin Azərbaycanla bağlı müsahibəsi dərc edilib.Müsahibədə İtaliya üçün də xüsusi önəmi olan TAP layihəsindən danışan G.Gullotti qeyd edib ki, "Şahdəniz" konsorsiumunun Azərbaycan qazını Avropaya çatdırmaq üçün TAP layihəsini seçməsi bu regionun enerji mənbələrinin şaxələndirilməsi baxımından vacib addımdır.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşən G.Gullotti vurğulayıb ki, bu problem hazırda region üçün ən böyük təhlükədir. ATƏT-in Minsk qrupu münaqişəni diplomatik yollarla həll etməyə çalışsa da, hələ heç bir nəticə əldə olunmayıb.G.Gullotti, həmçinin müsahibəsində Azərbaycanın NATO-nun rəhbərliyi ilə Əfqanıstanda həyata keçirilən İSAF əməliyyatının fəal iştirakçısı olmasından danışıb.Diplomat Azərbaycanda hökm sürən tolerantlığın yüksək qiymətləndirildiyini və bu modelin digər ölkələr üçün nümunə olduğunu deyib. Bildirib ki, sürətlə inkişaf edən iqtisadiyyat, zəngin enerji ehtiyatları, əlverişli investisiya mühiti Azərbaycanı bütün Avropa ölkələri, o cümlədən İtaliya üçün cəlbedici məkana çevirir. İkitərəfli münasibətlərimiz daha da genişlənməkdədir. Tikinti, mühəndislik, sənaye, maşınqayırma, kənd təsərrüfatı, toxuculuq kimi sahələrdə əlaqələri dərinləşdirmək üçün böyük potensial mövcuddur. Eyni zamanda, İtaliya Azərbaycanda əsasən enerji, dizayn, turizm, yüksək texnologiyalar, ərzaq və bank sektorlarına da sərmayələr yatırmaqdadır.Bakının sürətlə inkişaf etməsindən danışan G.Gullotti diqqətə çatdırmışdır ki, Xəzər dənizi sahilində yerləşən bu şəhər hər kəsdə fərqli təəssüratlar yaradır: "Şərq və Qərb elementlərini özündə birləşdirən Bakıda məni cəlb edən ən maraqlı cəhət müasirliklə qədimliyin vəhdət təşkil etməsidir".

sia.az

Digər xəbərlər