"ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesi yəqin ki, nəticə olanadək davam edəcək". Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
R.Musabəyov xatırladıb ki, həmsədrlər fevral ayının 3-də Azərbaycana, 5-də isə Ermənitana səfər ediblər. Onun fikrincə, danışıqlar prosesinin nə ilə nəticələnəcəyi prezidentlərin görüşündən sonra aydınlaşacaq.
"Azərbaycanın Ermənistan tərəfinin "ehtimallarından" fərqli olaraq yeganə məqsədi Dağlıq Qarabağ problemini həll etmək, torpaqlarımızı işğaldan azad etmək və ərazi bütövlüyümüzün təmin olunmasından ibarətdir"- deyə, politoloq qeyd edib.
yap.org.az