Bu ilin mart ayında Monteneqro-Azərbaycan biznes forumu keçiriləcəkdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirmişlər ki, martın 4-dən 7-dək Azərbaycan nümayəndə heyəti Monteneqro Respublikasında səfərdə olacaqdır. Martın 5-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Podqoritsa şəhərində Monteneqro-Azərbaycan biznes forumunun keçirilməsi nəzərdə tutulur.
yap.org.az