PDF Oxu

Siyasət

  • 12

Məlahət İbrahimqızı: Bu proqramlar sayəsində insanların sosial-rifah halı yüksəlib

Məlahət İbrahimqızı: Bu proqramlar sayəsində insanların sosial-rifah halı yüksəlib

"Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Azərbaycan öz simasını dəyişib, bir çox uğurlar əldə edilib". Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, bu gün Azərbaycan Avropanın inkişaf etmiş ölkələri sırasındadır. Onun sözlərinə görə, ölkəmizin rəqabətədavamlı olması onu dünyanın 39 ölkəsindən biri edib.

"Bu inkişaf təkcə ölkəmizdə deyil, bütün dünya səviyyəsində etiraf olunur. Azərbaycanda yoxsulluğun səviyyəsi hər il aşağı düşür. Həyata keçirilən dövlət proqramları və layihələr, ölkəmizi sürətlə inkişaf etdiyinin göstəricisidir. Azərbaycanda qeyri-neft sektoru inkişaf edib. Bu proqramlar sayəsində insanların sosial-rifah halı yüksəlib"- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

yap.org.az

Digər xəbərlər