İştirakçılar bu gün səhər saatlarında layihənin reallaşdırılacağı Oğuz rayonuna yola düşüblər
Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin gənc liderlər, gənc siyasətçilər üçün "Qış məktəbi" lahiyəsi start götürüb. SİA-nın xəbərinə görə, bu gün səhər saatlarından "Gənc liderlər" gənc siyasətçilər üçün Qış məktəbi layihəsinin iştirakçıları YAP Mərkəzi Qərargahının qarşısından layihənin keçiriləcəyi məkana, Oğuz rayonuna yola düşüblər."Gənc liderlər" gənc siyasətçilər üçün Qış məktəbi 10-14 fevral tarixlərində Oğuz rayonu, "Afra" otelində reallaşdırılacaq.Builki "Qış məktəbi"ndə Bakı və Sumqayıt şəhərlərini, Abşeron rayonunu təmsil edən 100 nəfərə yaxın fəal gənc iştirak edir.Qeyd edək ki, YAP Gənclər Birliyinin "Qış məktəbi"ndə iştirak edəcək qrupun rəhbəri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadədir. Layihə ilə bağlı digər məsul şəxslər isə YAP Mərkəzi Aparatının məsul əməkdaşı, YAP Gənclər Birliyinin sədr müavinləri, partiyanın Siyasi Şurasının üzvləri Samirə Quliyeva və Ramin Məmmədovdur.
sia.az