PDF Oxu

Siyasət

  • 16

Yevda Abramov: “Müxalifətin qara mətbuatının yazdıqlarının hamısı şayiələrdir”

Yevda Abramov: “Müxalifətin qara mətbuatının yazdıqlarının hamısı şayiələrdir”

"Azərbaycanın artan nüfuzu göz qabağındadır. Davos İqtisadi Forumu Azərbaycanın gücünü, gələcək inkişafını bir daha göstərmiş oldu və bu gün dünyanın böyük dövlətləri bu və ya digər sahələrdə ölkəmizlə əməkdaşlığa can atırlar. Müxalifətin qara mətbuatında yazılır ki, guya Azərbaycanın beynəlxalq imici pisləşib və xüsusilə, İsrail-Azərbaycan dostluğu bitib. Bütün bunlar şayiələrdir ki, müxalifətin qara mətbuatı bu tipli yazılarla düşmən dəyirmanına su tökür".Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili yevda Abramov bildirib.

Y.Abramov qeyd edib ki, Azərbaycan dövlətçiliyi əsası sarsılmaz sütunlara, xalq iradəsinə və güclü iqtisadiyyata bağlıdır, bu dövlətçiliyi sarsıtmaq qeyri-mümkündür: "O ki qaldı Azərbaycanla İsrail arasındakı münasibətlərə, hər iki dövlət arasında hərtərəfli geniş əlaqələr mövcuddur. Hər iki ölkənin rəsmiləri tez-tez görüşürlər, müxtəlif məsələləri, gələcək inkişaf məsələlərini müzakirə edirlər. Bu yaxınlarda da hər iki dövlətin rəsmilərini qarşılıqlı səfərləri gözlənilir. Yəni, Azərbaycan-İsrail arasında əlaqələr yüksələn xəttlə inkişa edir. Müxalifət mətbuatı əsassız iddialarla çıxış edir, bu birinci dəfə deyil ki. Sadəcə qara mətbuatın yazdığını ciddiyə almaq lazım deyil".

sia.az

Digər xəbərlər