Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinin şərh edilməsinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılmışdır.Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun martın 4-nə təyin edilmiş iclasında baxılacaqdır.
AzərTAc