PDF Oxu

Siyasət

  • 10

Mübariz Qurbanlı: “Prezidentin dedikləri cəmiyyətə xüsusi bir mesajdır”

Mübariz Qurbanlı: “Prezidentin dedikləri cəmiyyətə xüsusi bir mesajdır”

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Prezident İlham Əliyevin fevralın 5-də keçirilən konfransdakı çıxışına münasibətini açıqlayarkən qeyd edib ki, bu, cənab Prezidentin məmurlara həm də bir xəbərdarlığı idi. SİA-nın məlumatına görə, bunu ANS televiziyasına müsahibə verən YAP rəsmisi deyib.

M.Qurbanlı onu da qeyd edib ki, Milli Məclisdə məmurlardan asılılığı aradan qaldırmaq üçün işlər aparılır: "Biz qanunları elə qəbul eləməliyik ki, kiminsə şıltaqlığından asılılıq olmasın. Hansısa məsələni vətəndaş həll edərkən, məmur şıltaqlığı aradan qaldırılmalıdır. Bunun üçün elektron hökumət, məsələn, vahid pəncərə sisteminin tətbiq olunması və digər məsələlər. Prezidentin çıxışına gəlincə, dövlət başçısı bir neçə dəfə bu cür məsələləri deyib və bu, cəmiyyətə xüsusi bir mesajdır. Dövlət idarəçiliyində olan şəxslərə mesajdır. Bütövlükdə idarəçilikdə olanlara bir mesajdır və mən əminəm ki, bu, Azərbaycan Respublikası prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətlərinin artırılması, inzibati yolla bu məsələlərin qarşısını almağa yönələn addımdır və bu, onun davamıdır".

sia.az

Digər xəbərlər