"Vətəndaş məmur münasibətləri qarşılıqlı hörmət əsasında olmalıdır". Bu sözləri SİA-ya Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov vətəndaş məmur münasibətlərindən danışarkən deyib.Onun sözlərinə görə, bütün məmurlar vətəndaşlara xidmət etməli, dinləməli, onların çətinliklərinin aradan qaldırılmasında köməkçi olmalıdırlar: Ötən həftə ölkə başçısı dövlət proqramlarının icrası ilə bağlı keçirilən iclasda bu mövzu ilə bağlı öz fikrilərini bildirərkən söylədi ki, "mən xalqın qulluçusuyam". Dövlət tərəfindən təyin edilən, istər dövlət, istərsə də özəl sektorlarda rəhbər olan bütün məmurlar xalqın qulluqçusu, köməkçisi olamlıdırlar. Əgər ölkə rəhbəri bunu qəbul edirsə, biz məmurlar niyə qəbul eməməliyik? Ölkə başçısı bütün məmurlar üçün örnəkdir və ölkədə müxtəlif sahədə rəhbər vəzifədə çalışanlar Prezident İlham Əliyevdən örnək götürməlidirlər. Hər bir məmur ölkə rəhbərinin tapşırığına, etimadına layiqincə xidmət etməlidir".B. Səfərov həmçinin bildirib ki, hər bir vəzifəli şəxs etdiyi işlərə birbaşa cavabdehdir və hər hansı addımı atanda onu düşünməli və öz vəzifəsindən istifadə etməməlidir: "Məmur ilk növbədə xalqını, millətini sevməlidir ki, ona sədaqətli ola bilsin. Mən öz xalqımı millətimi çox sevirəm. Mən gücüm çatan, imkanım olan qədər Şuşalılarıma xidmət edir və bundan sonra da xidmət edəcəm. Çünki, bu mənim borcumdur".
sia.az