PDF Oxu

Siyasət

  • 8

Ciammarko Palmieri: Roma katakombalarının bərpasına göstərdiyi köməyə görə Azərbaycan hökumətinə və Heydər Əliyev Fonduna minnətdarıq

Ciammarko Palmieri: Roma katakombalarının bərpasına göstərdiyi köməyə görə Azərbaycan hökumətinə və Heydər Əliyev Fonduna minnətdarıq

Roma katakombalarının bərpasına göstərdiyi köməyə görə Azərbaycan hökumətinə və Heydər Əliyev Fonduna minnətdarıq.Bu sözləri Roma şəhər bələdiyyəsinin V bölgəsinin başçısı Ciammarko Palmieri İtaliyanın "Roma notizie" xəbər portalında yerləşdirilən müsahibəsində demişdir.

Müqəddəs Roma katakombalarının aprel ayından etibarən zəvvarların və turistlərin üzünə açıq elan olunacağını diqqətə çatdıran Ciammarko Palmieri bu hadisənin şəhər üçün tarixi əhəmiyyət kəsb etdiyini bildirmişdir. O vurğulamışdır ki, katakombaların bərpası heç şübhəsiz Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutmuşdur. Bu təşəbbüs bərpa prosesinin həyata keçirilməsi zamanı yaranmış bütün maneələri aradan qaldırmış, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının müvafiq istiqamətdə işinə mühüm töhfə vermişdir.

AzərTAc

Digər xəbərlər