ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əvvəlki illərlə müqayisədə daha fəal iştirak edir.
Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar fevralın 10-da "ADA" Universitetinin tələbələri ilə görüşündə demişdir. Səfir bildirmişdir ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyir.
R.Morninqstar Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin həlli ilə bağlı ötən ilin sonlarında keçirdikləri görüşün müsbət addım olduğunu vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin tezliklə sülh yolu ilə həlli istiqamətində tərəflərlə çox sıx işləyir. Rəsmi Vaşinqton bu problemin həllində əlindən gələni edəcəkdir.
ABŞ səfiri görüşdə dünyada baş verən proseslərdən danışmış, tələbələrin suallarını cavablandırmışdır.
yap.org.az