"Müşahidələrimiz və elmi təhlillər bir daha onu göstərir ki, Ümummilli liderimiz Heydər Əliyevin regional siyasəti ölkə daxilində sosial müdafiənin və sosial təhlükəsizliyin təmin olunmasında ən vacib şərtlərdən biri kimi qalmaqdadır. İndi Prezidentimiz cənab İlham Əliyev həmin siyasətin varislik və davamlılıq prinsiplərini fəaliyyətinin baş xətti kimi ardıcıl olaraq daha da təkmilləşdirir". Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, müasir Azərbaycan kəndində gedən inkişaf və yeniləşmə ilə müşahidə olunan sosial transformasiya proseslərinin bundan sonra da səmərəli nəticələr verəcəyinə adamlarımız möhkəm inanırlar. Bu, ondan irəli gəlir ki, uzaqgörən Heydər Əliyev dövlət quruculuğu modelinin mayası zaman-zaman dəyişən real gerçəkliklərə söykənir.
"Dünyaya inteqrasiya edən bir dövlətdə kənd məhz belə bir idarəetmə kursu ilə irəli gedə və yeni-yeni uğurlar qazana bilər. Bu siyasətin yüksələn xətlə icrası isə Prezidentimiz İlham Əliyevin düşünülmüş ideyaları ilə yeni keyfiyyətdə, daha sürətlə, daha geniş miqyasda, daha cəsarətlə həyata keçirilməkdədir. Bildiyiniz kimi 2009-2013-cü illəri əhatə edən dövlət proqramı da uğurla icra olundu. Artıq yaxın vaxtlarda regionların inkişafına dair yeni dövlət proqramının təsdiq olunacağı gözlənilir. İnanırıq ki, bu proqram da bölgələrimizin daha yüksək səviyyədə inkişafına öz töhfəsini verəcək"- deyə, komitə sədri vurğulayıb.
yap.org.az