PDF Oxu

Siyasət

  • 6

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin «Qış məktəbi»nə start verildi

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin «Qış məktəbi»nə start verildi

Fevralın 10-dan YAP Gənclər Birliyinin təşkil etdiyi "Gənc liderlər" gənc siyasətçilər üçün "Qış məktəbi"nə start verilib. Fevralın 14-dək Oğuz rayonunda yerləşən "Afra" oteldə davam edəcək "Qış məktəbi"ndə YAP-ın Bakı şəhəri üzrə təşkilatlarının 80-ə yaxın fəal gəncləri və ali məktəb tələbələri iştirak edəcəklər.

Fevralın 10-da "Qış məktəbi"nin açılışı oldu. İştirakçılar komandalara bölündü, gənclərlə görüşdə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıldı. Qrupun rəhbəri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru V.Rəhimzədədir.

yap.org.az

Digər xəbərlər