"Qarabağ müharibəsi dövründə ölkədə gənclər arasında pərakəndəlik yaranmışdı. Lakin ikinci dəfə hakimiyyətə gələn Ümumilli Lider Heydər Əliyevin bu sahəyə xüsusi önəm verərək ilk növbədə gənclərlə görüş keçirdi onların fikir və təklifləri ilə yaxından maraqlandı". SİA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyası Gənclər, idman və mədəniyyət komissiyasının sədri, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev komissiyanın ilk iclası zamanı çıxışında deyib.Onun sözlərinə görə, ölkəmizdə xaos olan bir dövrdə Ulu Öndərin digər sahələrdən daha çox gənclərə üstünlük verməsi düzgün və qəti bir addım idi: "Ümumilli Lider gənclər sahəsinin bütün sahələrdən üstün tutdu və ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı və Gənclərin I Forumu keçirildi. Ümumilli Lider 2 gün bu forumda çıxış etdi və çıxışı zamanı bildirdi ki, əsas məqsəd gənclərin müstəqil dövlətin vətəndaşları olduqlarını hiss etməsidir. Həmin forumun nəticəsində ölkəmizdə 2 fevral Gənclər günü təsis edildi. Həmin forumdan sonra ölkəmizdə gənclər siyasəti düzgün məcrada formalaşmağa başladı, gənclərimiz daha da fəallaşdı. İndiyə qədər gənclər siyasətində əldə olunan bütün nailiyyətlər o zaman Ümummilli Lider tərəfindən düşünülən siyasətin nəticəsidir".V. Əliyev vurğulayıb ki, indiyə qədər ölkəmizdə 6 gənclər forumu keçirilib: "Bu gün ölkəmizdə gənclər siyasəti çox uğurla həyata keçirilir. Azərbaycan qısa zamanda böyük uğurlara sahib olub. Təbii ki, bu uğurlarda gənclərin də xüsusi xidmətləri var. Ölkəmizdə gənclər sahəsinə dair Dövlət Proqramları var ki, bu proqramlar gənclər sahəsinin inkişafında mühüm əhəmiyyətə malikdir".Nazir müavini çıxışı zamanı Azərbaycan hökumətini narahat edən problemlərə də toxunub. Onun sözlərinə görə, müstəqilliyimizi hamımız qorumalıyıq: "Biz istəmirik ki, gənclərin hamısı eyni cür düşünsün. Amma bir məsələdə hamımız eyni məqsədi əsas götürməliyik. İstər Avropa, istərsə də başqa dövlətlərin timsalında görürük ki, güclü dövlətlər xalqların öz talelərini həll etməsini istəmirlər. Gənclər bu təsirlərə düşməmək üçün ilk növbədə təhsilli olmalı, tarixlərini bilməlidirlər. Bəzən fikir dayazlığı, vəziyyətin tam dərk edilməməsi nəticəsində gənclər bəzi vasitələrə uyurlar. Lakin biz dilimizi, mili-mənəvi dəyərlərimizi qorumalıyıq. Biz Asiyada yaşamışıq, yaşayırıq, bizi məcbur edə bilməzlər ki, Avropadakı, məsələn, Almaniyadakı, Avstriyadakı kimi yaşayaq. Buna çalışırlarsa, deməli, bizə təsir etməyə çalışırlar. Qarşılıqlı olaraq dəyərlərə hörmət əsasında yaşamalıyıq. Xatırlayaq ki, Məmməd Əmin Rəsulzadə tərəfindən yaradılan müstəqillik cəmi 23 ay davam etdisə, hazırda Azərbaycan 23 ildir ki, müstəqildir. Kiminsə nədənsə xoşu gəlməyə bilər. Amma bunu dövlət əleyhinə çıxarmaq düzgün deyil".
sia.az