"Regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramının icrası uğurla həyata keçirilib". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Millət vəkili qeyd edib ki, bu proqramların icrası regionlarda əhalinin sosial həyatını köklü şəkildə dəyişdi: "Nəticədə iqtisadiyyatın bütün sahələrində uğurlar əldə edilib, qeyri-neft sektoru daha da inkişaf edib, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artıb, sahibkarlıq fəaliyyəti genişlənib və regionlarda yeni müəssisə və iş yerləri açılıb. Şəhərlə kənd arasında olan fərq minimuma endirilib".Azər Badamov onu da vurğulayıb ki, 2014-2018-ci illəri əhatə edəcək Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı regionların inkişafında yeni mərhələ olacaq: "Əhalini düşündürən bütün məsələlər öz həllini tapacaq. Ümumiyyətlə, Cənab Prezidentin bu yöndə apardığı praqmatik, uğurlu siyasət xalqımızın sosial-rifah halını daha da yaxşılaşmasına, ölkəmizin, dövlətimizin güclənməsinə, tərəqqisimə xidmət edir".
sia.az