PDF Oxu

Siyasət

  • 8

Komitə sədri: "Yeni proqram bölgələrin inkişafına öz töhfəsini verəcək"

Komitə sədri: "Yeni proqram bölgələrin inkişafına öz töhfəsini verəcək"

"Müşahidələr və elmi təhlillər onu göstərir ki, Ümummilli lider Heydər Əliyevin regional siyasəti ölkə daxilində sosial müdafiənin və sosial təhlükəsizliyin təmin olunmasında ən vacib şərtlərdən biri kimi qalmaqdadır. İndi Prezident İlham Əliyev həmin siyasətin varislik və davamlılıq prinsiplərini fəaliyyətinin baş xətti kimi ardıcıl olaraq daha da təkmilləşdirir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.Onun sözlərinə görə, müasir Azərbaycan kəndində gedən inkişaf və yeniləşmə ilə müşahidə olunan sosial transformasiya proseslərinin bundan sonra da səmərəli nəticələr verəcəyinə vətəndaşlarımız inanır: "Bu, ondan irəli gəlir ki, uzaqgörən Heydər Əliyev dövlət quruculuğu modelinin mayası zaman-zaman dəyişən real gerçəkliklərə söykənir. Dünyaya inteqrasiya edən bir dövlətdə kənd, məhz belə bir idarəetmə kursu ilə irəli gedə və yeni-yeni uğurlar qazana bilər. Bu siyasətin yüksələn xətlə icrası isə Prezident İlham Əliyevin düşünülmüş ideyaları ilə yeni keyfiyyətdə, sürətlə, geniş miqyasda və cəsarətlə həyata keçirilməkdədir. Bildiyiniz kimi, 2009-2013-cü illəri əhatə edən dövlət proqramı da uğurla icra olundu. Artıq yaxın vaxtlarda regionların inkişafına dair yeni dövlət proqramının təsdiq olunacağı gözlənilir. İnanırıq ki, bu proqram da bölgələrimizin daha yüksək səviyyədə inkişafına öz töhfəsini verəcək".

sia.az

Digər xəbərlər