PDF Oxu

Siyasət

  • 7

TÜRKPA-nın iqtisadiyyat, ticarət və maliyyə məsələləri üzrə komissiyasının üçüncü toplantısının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

TÜRKPA-nın iqtisadiyyat, ticarət və maliyyə məsələləri üzrə komissiyasının üçüncü toplantısının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) iqtisadiyyat, ticarət və maliyyə məsələləri üzrə komissiyasının üçüncü toplantısının iştirakçıları fevralın 11-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə güllər qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilmiş, məzarları üstünə güllər qoyulmuşdur.

Tədbir iştirakçıları Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.

AzərTAc

Digər xəbərlər