PDF Oxu

Siyasət

  • 11

Vergilər Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Vergilər Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Fevralın 11-i Vergilər Nazirliyinin yaradılmasının 14-cü ildönümü və vergi xidməti əməkdaşlarının peşə bayramıdır. Bu münasibətlə Vergilər Nazirliyinin kollektivi fevralın 11-də Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə gül dəstələri qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər Xiyabanına gələn nazirliyin kollektivi ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

AzərTAc

Digər xəbərlər