PDF Oxu

Siyasət

  • 7

“Məmur xalqına xidmət etmək üçün vəzifəyə təyin olunur, şəxsi maraqlarını həyata keçirmək üçün yox”

“Məmur xalqına xidmət etmək üçün vəzifəyə təyin olunur, şəxsi maraqlarını həyata keçirmək üçün yox”

"Hər bir məmur xalqın xidmətçisidir. Ölkə başçısının dövlət proqramlarının icrası ilə bağlı keçirilən iclasda bu ifadəni səsləndirməsi tamamilə doğru idi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sevinc Fətəliyeva deyib.Onun sözlərinə görə, əgər hər hansı bir məmur vəzifəyə təyin olunubsa, demək ki o, xalqına, vətəndaşlara xidmət etməlidir: "Hər bir məmur xalqına xidmət etmək üçün vəzifəyə təyin olunub, öz şəxsi maraqlarını həyata keçirmək üçün yox. Məmurlar müasir tələblərə uyğun olaraq addımlar atmalı, daim əhali ilə ünsiyyətdə olmalıdırlar. Azərbaycan demokratik bir ölkədir. Hamımız bilirik ki, demokratiyanın əsas amillərindən biri şəffaflıqdır. Bu baxımdan ölkəmizdə vətəndaş məmur münasibətləri də şəffaf olmalıdır. Məmurlar bunu nəzərə almalıdırlar, bu onların borcudur. Ölkə başçısının ötən həftə dövlət proqramlarının icrası ilə bağlı keçirilən toplantıda bu məsələyə toxunması heç də təsadüfi deyildi. Bu çıxışı bir daha onu göstərdi ki, ölkəmizin əsas istiqamətlərindən biri insan amilinin inkişaf etməsidir. Hər bir məmur ilk növbədə vətənini, xalqını, millətini sevməli və fəaliyyətini də bu istiqamətdə qurmalıdır".Ölkəmizdə bu sahədə müəyyən uğurların olduğunu dilə gətirən millət vəkilinin sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən əksər qurumların internet saytları fəaliyyət göstərir ki, vətəndaşlar rahat şəkildə istədikləri qurumun internet səhifəsi vasitəsilə öz məktub və fikirlərini göndərə bilirlər: "Amma bu o demək deyil ki, vətəndaş məmur münasibətləri yalnız texnologiya çərçivəsində qurulmalıdır. Təbii ki, hər bir məmur vətəndaşa açıq olmalı, onun problemi ilə maraqlanmalı və onun həlli üçün əlindən gələni etməlidir".

sia.az

Digər xəbərlər