PDF Oxu

Siyasət

  • 11

Dimitris Kurkulas: “Sevinirik ki, Azərbaycanla enerji sahəsində əməkdaşlıq edəcəyik”

Dimitris Kurkulas: “Sevinirik ki, Azərbaycanla enerji sahəsində əməkdaşlıq edəcəyik”

"Aİ-nin enerji mənbələrinin diversifikasiyası uzun müddətdir ki, prioritet məsələdir. Mart ayında keçiriləcək Avropa dövlət və hökumət başçılarının zirvə görüşündə bu məsələ müzakirə olunacaq". SİA-nın məlumatına görə, bu barədə Yunanıstan xarici işlər nazirinin müavini Dimitris Kurkulas "Eunews.az" saytına müsahibəsində deyib.O bildirib ki, Avropa Komissiyası bununla bağlı artıq sənəd də hazırlayıb: "Sənəddə enerji qiymətləri ilə yanaşı, diversifikasiya məsələlərinin də əhəmiyyəti qeyd olunub. Bu, bizim iqtisadiyyatlarımızın rəqabət qabiliyyətliliyi və istehlakçıların marağı baxımından çox vacibdir. Yunanıstan dövləti kimi biz bu məsələnin zəruriliyini anlayırıq. Çox sevinirik ki, Trans-Adriatik boru xətti bizim ərazimizdən keçəcək və Azərbaycanla enerji sahəsində əməkdaşlıq edəcəyik".Nazir müavini Kiprin birləşdirilməsi üçün yunan və türk liderləri arasında dünən başlayan danışıqlardan gözləntilərini də açıqlayıb: "Uzun ətalət dövründən sonra danışıqlar yenidən başlayıb. Biz bundan xeyli məmnunuq. Bizim xarici işlər nazirimiz bir neçə saat əvvəl bəyanat verərək sözügedən hadisəni alqışlayıb. Hesab edirik ki bu, çox əhəmiyyətli addımdır və danışıqların beynəlxalq hüquq çərçivəsində, BMT qətnamələrinə uyğun şəkildə yekunlaşmasını arzulayırıq. Çünki danışıqların təkcə Kiprin əhalisi üçün deyil, bütün region üçün faydalı olacağına inanırıq".

sia.az

Digər xəbərlər