PDF Oxu

Siyasət

  • 7

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş Məhəmməd Həmid oğlu Məmmədovun İnzibati-Prosessual Məcəllənin 55.5-ci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barədə verdiyi şikayətə baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.

Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun martın 6-na təyin edilmiş iclasında baxılacaqdır.

AzərTAc

Digər xəbərlər