PDF Oxu

Siyasət

  • 11

Avronest PA-nın iclasında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolundan danışılıb

Avronest PA-nın iclasında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolundan danışılıb

Avronest Parlament Assambleyasının siyasi komitəsinin iclasında müzakirə mövzularından biri də enerji təhlükəsizliyi məsələsi olub.İclasda Avropa Fotoelektrik Sənaye Assosiasiyasının siyasi məsələlər üzrə direktoru Frok Ties və Avropa Külək Enerjisi Assosiasiyasının nümayəndəsi Pyer Tardyö "Avropada 2030-cu il bərpa olunan enerji inkişafı" mövzusunda təqdimat keçiriblər.Təqdimat və müzakirələr zamanı Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələrində bərpa olunan enerji sənayesinin inkişaf perspektivlərindən danışılıb.Avropa Komissiyasının enerji baş direktorluğunun rəhbərinin müavini Fabrisio Barbaso isə 2015-ci il Riqa sammitinə qədər Şərq tərəfdaşlığı çərçivəsində əməkdaşlıq perspektivlərindən bəhs edib.O, enerji təhlükəsizliyinin həm Avropa İttifaqı, həm də Şərq tərəfdaşlığı ölkələri üçün regional əməkdaşlığın ən vacib aspektlərindən biri kimi özünü təsdiqlədiyini söyləyib.F.Barbaso 2014-cü ilin enerji siyasəti baxımından çox vacib il olacağını, "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanmasının Avropanın enerji təhlükəsizliyində yeni mərhələ kimi qəbul edildiyini vurğulayıb.Müzakirələr zamanı ətraf mühitin mühafizəsi və enerji maraqları arasında balansın qorunmasının vacibliyi də qeyd edilib.Milli Məclisin deputatı Fuad Muradov "Cənub" qaz dəhlizinin Azərbaycanın enerji siyasəti üçün prioritet məsələ olduğunu söyləyib, TAP, TANAP layihələrinin bu dəhlizin bir hissəsi kimi əhəmiyyətindən danışıb. Deputat bu layihələrin həm də enerji resurslarının şaxələndirilməsi baxımından önəmini vurğulayıb.Avropa Parlamentinin Çexiyadan olan deputatı Miloslav Ransdorf Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki vacib rolundan söhbət açıb. O deyib ki, vaxtilə Azərbaycan nefti olmasaydı bəlkə də İkinci Dünya müharibəsində qələbə qazanılmazdı.

sia.az

Digər xəbərlər