PDF Oxu

Siyasət

  • 13

Çin hökuməti ekologiyanın tənzimlənməsi məqsədi ilə 1,6 milyard dollar xərcləyəcək

Çin hökuməti ekologiyanın tənzimlənməsi məqsədi ilə 1,6 milyard dollar xərcləyəcək

Çin hökuməti ölkənin şəhər və regionlarında havanın təmizlənməsi istiqamətində 1,6 milyard ABŞ dolları xərcləyəcək.

Çin Xalq Respublikasının Dövlət Şurasının yaydığı açıqlamada bildirilir ki, ölkə rəhbərliyi hava çirkliyi ilə mübarizəyə böyük diqqət yetirir və məlum qərarın verilməsi də bundan irəli gəlir. Qərara əsasən, kömürün, yüksək keyfiyyətli benzinin, tikintidə az enerji aparan vasitələrin istifadə edilməsi dövlət nəzarətinə götürüləcək və qanunla tənzimlənəcək.

Qeyd edək ki, son illərdə Çində havanın sürətlə çirklənməsi ölkənin beynəlxalq nüfuzuna ciddi ziyan vurub.

yap.org.az

Digər xəbərlər