PDF Oxu

Siyasət

  • 10

Fuad Muradov: Avropa Parlamentində Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı müzakirələr planlaşdırılmır

Fuad Muradov: Avropa Parlamentində Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı müzakirələr planlaşdırılmır

"Avropa Parlamentində Azərbaycanda 2013-cü ildə keçirilmiş prezident seçkiləri ilə bağlı müzakirələr planlaşdırılmır. Avropa Parlamentinin seçkilərlə bağlı müşahidə missiyası işini bitirib". Bu sözləri Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini Fuad Muradov deyib.F.Muradov bildirib ki, Avropa Parlamentində prezident seçkilərini müşahidə üçün rəsmi olaraq göndərilmiş deputatlarla bağlı hər hansı töhmət və cəza verilməsi faktı olmayıb. "Məlumatda adları çəkilən Avropa Parlamentinin deputatları ilə bağlı heç bir müzakirə planlaşdırılmır və belə bir müzakirə olmayıb" - deyə F.Muradov vurğulayıb.Deputat qeyd edib ki, hətta əgər hər hansı bir müzakirə olsa belə bu Avropa Parlamenti tərəfindən Azərbaycanda keçirilmiş seçkiləri müşahidə etmək üçün rəsmi göndərilən Avropa Parlamenti müşahidəçilərinə aid edilə bilməz: "Hətta belə məsələ müzakirə olunsa belə bunun Azərbaycana heç bir aidiyyəti yoxdur. Məşvərət Komitəsi ancaq Avropa Parlamenti üzvü olan deputatların öz fəaliyyəti ilə bağlı araşdırma apara bilər".Belə məlumatların yayılmasında xüsusi qrupların əli olduğunu deyən F.Muradov qeyd edib ki, Azərbaycanın müstəqil siyasəti bəzi dairələri qane etmir: "Azərbaycan dövləti bu gün müstəqil siyasət yeridir. Bəzi dairələr isə bununla barışa bilmirlər. Nəticədə belə yalançı məlumatlar dövriyyəyə buraxılır".

yap.org.az

Digər xəbərlər