Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) həyata keçirdiyi VIII Möcüzə-Qış Liderlik Məktəbinin iştirakçılarının Milli Məclisin deputatı Aydın Mirzəzadə ilə görüşü keçirilib. SİA-nın məlumatına görə, görüş çərçivəsində Aydın Mirzəzadə Azərbaycanın inkşaf yolu, həyata keçirilən gənclər siyasəti və onun uğurlarından söhbət açıb. Millət vəkili ilə baş tutan görüşün ikinci hissəsində deputat iştirakçıların suallarını cavablandırıb.Qeyd edək ki 28 ali və orta ixtisas təhsil müəssisəsindən 100 tələbənin iştirak etdiyi VIII Möcüzə-Qış Liderlik Məktəbi Tovuz rayonunda həyata keçirilir.Layihə çərçivəsində iştirakçıların müxtəlif sahələr üzrə digər mütəxəssislərlə də görüşlərinin keçirilməsi nəzərdə tutulub.
sia.az