PDF Oxu

Siyasət

  • 12

Vyanada ATƏT PA-nın növbəti qış sessiyası işə başlayır

Vyanada ATƏT PA-nın növbəti qış sessiyası işə başlayır

Fevralın 13-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 12-ci qış sessiyası işə başlayır.

ATƏT-in üzvü olan 54 ölkənin 260-dan artıq deputatının iştirak etdiyi sessiyada ölkəmizi Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Sessiyada ATƏT PA-nın prezidenti Ranko Krivokapiç, Avstriya Parlamentinin sədri Barbara Prammer açılış nitqi söyləyəcəklər, sonra isə ATƏT PA-nın baş katibi Spenser Oliverin hesabat məruzəsi dinləniləcəkdir. Sessiyada, həmçinin Əfqanıstan Parlamentinin aşağı palatasının spikeri Abdul Rauf İbrahimi fəxri qonaq qismində tədbir iştirakçıları qarşısında çıxış edəcəkdir. ATƏT qurumlarının rəhbərlərinin, deputatların və ekspertlərin müvafiq komitələrin iclaslarında çıxışları gözlənilir.

Sessiya çərçivəsində "Ukraynada cari vəziyyət" və "Ekstremizm, radikalizm və ksenofobiyanın güclənməsi: ATƏT məkanı üçün çağırışlar" mövzularında xüsusi dinləmələr keçiriləcək, müzakirələr aparılacaqdır.

2002-ci ildən bəri hər il Vyanada keçirilən qış sessiyası ATƏT-in üzvü olan ölkələrin deputatlarının bir araya gələrək, təşkilat üçün mühüm mövzular ətrafında müzakirələr aparmaq, ATƏT qurumlarının işi ilə yaxından tanış olmaq və illik yay sessiyasına hazırlıq aparmaq üçün təşkil edilir.

ATƏT PA-nın illik yay sessiyası iyunun 29-dan iyulun 2-dək Bakıda keçiriləcəkdir.

AzərTAc

Digər xəbərlər