İtaliyanın "Corriere della Sera" qəzetinin saytında İkinci Dünya müharibəsi illərində şücaət göstərən azərbaycanlı partizanlardan bəhs edən məqalə yerləşdirilmişdir.
Yazıda qeyd olunur ki, müharibə illərində sovet ordusunun tərkibində döyüşən azərbaycanlılar böyük qəhrəmanlıq göstərmiş, gələcək nəsillərin firavanlığı üçün həyatları bahasına vuruşmuşlar. Onlardan əksəriyyəti Berqamonun Monte di Nese qəsəbəsi yaxınlığında həyatlarını itirmişdir.
Müqavimət hərəkatının tarixindən bəhs edən müəllif vurğulayır ki, azərbaycanlılar əsir düşərgələrindən qaçaraq bir çox Avropa ölkələrində döyüşən partizanlara qoşulmuş, hərəkatın fəal iştirakçıları olmuşlar.
Məqalədə partizan Musa Məmmədov, Ağamoğlan Ağayev kimi azərbaycanlıların döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan bəhs olunur. Diqqətə çatdırılır ki, məhz Musa Məmmədovun rəhbərlik etdiyi 250 nəfərdən ibarət partizan qrupu İtaliyanın azad olunması istiqamətində böyük şücaət göstərmişlər.
Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
http://bergamo.corriere.it/bergamo/notizie/cultura-e-spettacoli/14_febbraio_06/monte-nese-strage-azeri-bergamo-partigiani-2785c710-8f0c-11e3-8c4a-c355fa4079e9.shtml
AzərTAc