"Mən Xədicə İsmayılın hesabatı ilə bağlı heç nə söyləmək istəməzdim". Bu sözləri SİA-ya açıqlamasında hüquq müdafiəçisi Səidə Qocamanlı deyib.Onun sözlərinə görə, Xədicə İsmayıl tərəfindən hazıranmış və ABŞ məxfi orqanlarına ötürülmüş hesabat yalandır: "Azərbaycanın milli azadlıq hərəkatında iştirak edən insanlara çamur atmağa əlbəttə ki, heç kəsin ixtiyarı yoxdur. Amma biz hər halda bu məsələni araşdıracağıq. Görək, bu hesabatın kökündə nə durur?".Qeyd edək ki, jurnalist Xədicə İsmayıl tərəfindən ötürülmüş hesabatda hüquq müdafiəçisi Səidə Qocamanlının da adı yer alıb.
sia.az