PDF Oxu

Siyasət

  • 6

Elman Nəsirli: “Ermənitan hər zaman İran tərəfinə minnətdar olduğunu gizlətmir”

Elman Nəsirli: “Ermənitan hər zaman İran tərəfinə minnətdar olduğunu gizlətmir”

"Bu, bir həqiqətdir ki, Ermənistana siyasi və iqtisadi dəstək verən dövlətlər sırasında İranın xüsusi yeri var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib.Onun sözlərinə görə, "Xomeynizim" doktrinasını fəaliyyətinin fəlsəfəsi elan edən İran dövləti Ermənistanla münasibətdə bu ideoloji istiqamətin üstündən xətt çəkir: "Həmin doktrinanın mühüm elementlərindən biri belədir: müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. İran-Ermənistan münasibətləri fonunda bu tezis tarixin arxivində "dincəlir". Öz işğalçılıq siyasəti nəticəsində təcrid vəziyyətinə düşən Ermənistanı bu vəziyyətdən çıxardan, onun "nəfəs borusu" rolunu oynayan əsas dövlətlərdən biri məhz İrandır. Müntəzəm olaraq, keçirilən İran-Ermənistan hökumətlərarası komissiyanın iclaslarında rəsmi İrəvan bu xidmətinə görə hər zaman İran tərəfinə minnətdar olduğunu gizlətmir. Komissiyanın bu yaxınlarda keçirilmiş 12-ci iclasında enerji, turizm və infrastruktur sahələrində əlaqələrin daha da genişləndirilməsi məsələləri əsas müzakirə predmeti olub".Elman Nəsirli eyni zamanda İran prezidentinin Ermənistana gözlənilən səfərinə də münasibət bildirdi: "İrandan Ermənistana neft kəmərinin çəkilməsi, habelə dəmir yolunun çəkilməsi məsələləri ətrafında müzakirələrə xüsusi diqqət ayırılır. Bu fonda İran Prezidenti Həsən Ruhaninin Ermənistan səfərinin reallaşdırılması rəsmi İrəvanın əsas hədəflərindən biridir. Ermənistan tərəfi hər zaman maraqlıdır ki, İran münaqişənin tənzimlənməsi prosesində iştirak etsin. Ermənistan İranın artıq bir dəfə bu missiyada çıxışının Şuşanın itirilməsi ilə yekunlaşdığının fərqindədir. Həm də İran vasitəçilik missiyası ilə çıxış edən ilk ölkə olub. İran prezidenti Həsən Ruhaninin hansı ölkəyə səfər etməsi isə onun daxili işidir. Buna baxmayaraq, İran prezidenti gərək unutmasın ki, səfər etdiyi ölkə 1 milyondan artıq dinc insanı və dindaşını məcburi köçkün və qaçqın vəziyyətinə salıb. Ermənistan 50 mindən artıq azərbaycanlı müsəlmanı qətlə yetirmiş ölkədir. Xocalı soyqırımını törətmiş dövlətdir və Ermənistanlı həmkarı Serj Sarkisyan bu soyqırımında birbaşa iştirak edib. Hesab edirəm ki. yeni İran prezidenti Ermənistana səfərində diplomatik protokol qaydalarına riayət edərkən bir müsəlman olaraq bu reallıqları nəzərdən qaçırmamalıdır. Bu onun yeni düşüncəli prezident olaraq müsəlman dünyasında imicini yüksəldər. Əksi isə adekvat nəticələr verə bilər. Hər halda İranda 35 milyon soydaşımızın yaşadığı faktdır. Onların mütləq əksəriyyətinin Həsən Ruhaninin siyasətini dəstəklədiyi növbəti fakdır".

sia.az

Digər xəbərlər