PDF Oxu

Siyasət

  • 10

YAP-ın Ailə, qadın məsələləri komissiyasının ilk iclası keçirilib

YAP-ın Ailə, qadın məsələləri komissiyasının ilk iclası keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında hakim partiyanın Ailə, qadın məsələləri komissiyasının ilk iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Sədaqət Qəhrəmanova və digər şəxslər iştirak edib.YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva Ailə, qadın məsələləri komissiyasının gündəliyi haqqında danışıb. O, daha sonra YAP-ın nəzdində fəaliyyət göstərən komissiyaların Əsasnaməsi haqqında ətraflı məlumat verib. Bildirilib ki, YAP-ın nəzdində fəaliyyət göstərən komissiyalar Azərbaycan Respublikasının Konstitusiyasını, "Siyasi partiyalar haqqında" AR Qanununu, AR-ın qüvvədə olan qanunvericilik aktlarını, YAP-ın Nizamnamə və Proqramını və bu Əsasnaməni rəhbər tutur.Diqqətə çatdırılıb ki, komissiyaların fəaliyyət istiqamətləri aşağıdakılardır:

1.Müvafiq sahədə partiyanın fəaliyyətində yaxından iştirak edir;

2.Müvafiq sahənin inkişafına yönəldilmiş müxtəlif təkliflər, layihələr işləyib hazırlayır və həyata keçirir.

Sonra YAP-ın nəzdində fəaliyyət göstərən Ailə, qadın məsələləri komissiyasının 2014-cü ildəki fəaliyyət planı müzakirə edilib. Qeyd edilib ki, 2014-cü ilin mart, may, sentyabr, noyabr aylarında "Qadınların əmək hüquqları" mövzusunda dəyirmi masa, "Yaşlın nəslin təcrübəsindən faydalanaq" mövzusunda, "Kənd və rayon yerlərində yaşayan qadınların ictimai-siyasi fəallığının artırılması" mövzusunda, "Sosial şəbəkələr və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçiriləcək.İclasın sonunda isə YAP Qadınlar Şurasının tədbirlər planı təsdiq edilib. Planda 2014-cü ilin tədbirlər planının hazırlanması və təsdiq edilməsi, KİV-in səhifələrində təşviqat xarakterli məqalə və müsahibələrlə çıxışlar etmək, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinin qeyd edilməsi, "Heydər Əliyev və yeni cəmiyyət modeli" adlı konfransın materiallarına həsr edilmiş kitaba həmin mövzuda məqalə hazırlamaq, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə tədbirlərin keçirilməsi və s. nəzərdə tutulub.

sia.az

Digər xəbərlər