PDF Oxu

Siyasət

  • 9

Aydın Hüseynov: “Nədənsə Xədicə İsmayılın siyahısında nə Əli Kərimlinin, nə də Cəmil Həsənlinin adı var”

Aydın Hüseynov: “Nədənsə Xədicə İsmayılın siyahısında nə Əli Kərimlinin, nə də Cəmil Həsənlinin adı var”

"Xədicə İsmayılın bu kimi addımlarından təccüblənməyə dəyməz. Çünki onun işi hər zaman "donos" yazmaq və dövlətə qarşı çıxmaqdan ibarət olub". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

YAP rəsmisinin sözlərinə görə, Xədicə İsmayıl zaman-zaman dövlətin, xalqın, millətin maraqlarını xidmət etdiyi qüvvələrə satmaqla məşğul olub və bu siyahı da onun növbəti işidir: "Əslində, Xədicə İsmayılın işi bundan ibarətdir ki, şəxsi maraqlarını təmin etməkdən ötrü zaman-zaman Azərbaycanda siyasi maraqları olan tərəflərə xidmətçilik etsin".

"Ancaq bu şəxs məlum "donosun" hazırlanmasında tək iştirak etməyib" - deyən Aydın Hüseynov daha bir ilginc məqama toxunaraq bildirib ki, nəyəsə görə "hakimiyyətə işləyənlər" adı altında hazırlanmış həmin siyahıda bir çox müxalifət liderlərinin, hüquq müdafiəçilərinin, media təmsilçilərinin adları hallansa da, orada AXCP sədri Əli Kərimlinin, eləcə də Milli Şura sədri Cəmil Həsənlinin adları yoxdur: "Fikir verirsinizsə, nədənsə Xədicə İsmayılın iddia etdiyi "hakimiyyətə işləyənlər" siyahısında nə Əli Kərimlinin, nə də Cəmil Həsənlinin adı var. Buradan isə belə qənaətə gəlmək mümkündür ki, həmin "siyahını" hazırlayanlar, daha dəqiq desək, hazırladanlar məhz Əli Kərimli və onun komandasıdır".

Siyasi Şura üzvü həmçinin növbəti maraq doğurucu faktora da toxunaraq bildirib ki, sözügedən siyahıda AXCP-dən yalnız sədr müavini Həsən Kəriomovun adı var ki, bu da əvvəlcədən onunla razılaşdırıla bilər: "Yəni, bunlar daha öncədən Həsən Kərimovla anlaşa, onun adını siyahıya salmaqla ictimai fikri yayındırmağa cəhd ediblər. Ona görə də, siyahının hazırlanmasında Əli Kərimlinin əməyinin olması ehtimalı artmaqdadır".

Aydın Hüseynov son olaraq onu da vurğulayıb ki, bu gün hakimiyyətlə iş birliyində olan partiya və təşkilatlar göz qarşısındadır: "Bu gün Azərbaycanda kifayət qədər normal fəaliyyət göstərən konstruktiv müxalifət partiyaları, həmin partiyaların liderləri var ki, onlar ümummilli məsələlərdə, dövlətin təhlükəsizliyi istiqamətində iqtidarla əməkdaşlıq edirlər. Eyni zamanda bu, onların, ümumiyyətlə, hər kəsin vətəndaşlıq borcudur. Dövlətə, Vətənə, onun inkişafına, tərəqqisinə çalışmaq hər kəs üçün fəxr olmalıdır. Xədicə İsmayıla gəlincə isə, onun bu kimi oyunbazlıqlara getməsi yaxın vaxtlarda daha acınacaqlı, rüsvayçı əməllərinin üstünü açacaq. Çünki istənilən yalan ayaq tutar, amma yeriməz".

sia.az

Digər xəbərlər