"Cənab Ceyms Uorlikinin bəyanatı onu göstərir ki, o hələ də münaqişənin nə mahiyyətindən, nə tarixindən, nə də aparılan danışıqlardan kifayət qədər məlumatlıdır". Bu haqda SİA-ya açıqlamasında millət vəkili Rasim Musabəyov ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin "twitter" səhifəsində "Qarabağ danışıqlar masasına çoxdan oturmalıdır" kimi sözlərinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Ceyms Uorlikin yanaşması çox səhvdir: "Azərbaycan belə bir fikri qəti qəbul edə bilməz və bu, olduqca səfv mövqedir".Qeyd edək ki, ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın mövqeyinə yaxın olan fikirlərini öz twitter səhifəsində yayıb və bildirib ki, separatçılar Qarabağ probleminin həllində iştirak etməlidirlər.
sia.az